Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.10.2026 10:12

“Gəncəbasar” böyük hesabla qələbə qazanıb

Azərbaycan Birinci Liqasında altıncı turun oyunları başa çatıb.Turun sonuncu günündə “Gəncəbasar” futbol klubu doğma meydanda “Zaqatala”nı 7:0 hesabı ilə darmadağın edib. Günün digər oyunlarında MOİK “Karvan-Yevlax”ı 3:1, “Şimal” isə “Baku Sportinq”i 5:2 hesabı ilə məğlub edib.