Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.10.2026 14:03

Gəncədə beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib

Gəncədə “Gəncə Open – 2026” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.Gəncə İdman Sarayında təşkil olunan festivalda altı ölkədən 180 şahmatçı mübarizə aparır. Onlardan 46-sı yüksək reytinqli və təcrübəli şahmatçıların yarışdığı A qrupunda, 134-ü isə gənc istedadların qüvvəsini sınadığı B qrupunda çıxış edir.İsveçrə sistemi üzrə keçirilən festival oktyabrın 18-dək davam edəcək. “Gəncə Open – 2026” yarışı “Azərbaycan Şahmat Turu”nun təqviminə uyğun təşkil olunub.