Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.10.2026 12:02
BDYPİ sürücülərə təhlükəsizlik tədbirlərini unutmamağı tövsiyə edib
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.Avtomobil nasazlıq səbəbindən dayandıqda, mümkün qədər yolun hərəkət hissəsindən kənara çəkilməli, qəza işıq siqnalları yandırılmalı və qəza dayanma nişanı quraşdırılmalıdır.Sürücülərə dayanan avtomobillərə yaxınlaşarkən sürəti azaltmaq, ara məsafəsini artırmaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunub. Həmçinin sürücü və sərnişinlərin yolun hərəkət hissəsindən uzaq, təhlükəsiz yerdə gözləmələrinin vacibliyi vurğulanıb.
- Baxış: 44
