7 il əvvəl itkin düşən şəxsin öldürüldüyü müəyyənləşib
Cəlilabadda 7 il əvvəl itkin düşən şəxsin qəsdən öldürüldüyü müəyyən edilib.Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, Göytəpə sakini Nadir Məmmədov 2019-cu ilin martında yaşadığı evdən çıxıb və geri qayıtmayıb.Araşdırmalar zamanı onun əvvəldən tanıdığı 1959-cu il təvəllüdlü Ramiz Ələkbərov tərəfindən qisas məqsədilə öldürüldüyünə əsaslı şübhələr müəyyən edilib.Ələkbərov 23 mart 2019-cu ildə spirtli içkinin təsiri altında olan Nadir Məmmədovu avtomobilinə mindirərək Masallıdakı evinə aparıb. Həmin gün onu avtomobildə boğaraq öldürüb və meyiti həyətyanı sahədəki istifadəsiz su quyusuna atıb. Ramiz Ələkbərov saxlanılarkən cinayəti törətdiyini etiraf edib.Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 30
