Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.06.2026 14:07

Ağdərəyə daha 12 nəfər köçürülüb

Ağdərənin Aşağı Oratağ kəndinə 2 ailə olmaqla 12 nəfər köçürülüb.Minatəmizləmə Agentliyinin  əməkdaşları tərəfindən köç edən sakinlərlə mina təhlükəsizliyinə dair maarifləndirmə görüşü keçirilib. Sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, riskli ərazilərdə davranış qaydaları, eləcə də şübhəli əşyalar aşkar edildiyi zaman atılmalı addımlar barədə ətraflı məlumat verilib.