Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.06.2026 16:09
Azərbaycanda gənclərə süni intellektdən təhlükəsiz istifadə çağırışı edilib
Bakıda keçirilən Gənclər üçün Süni İntellekt Forumunda süni intellektdən təhlükəsiz və düzgün istifadə məsələləri müzakirə olunub. Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, süni intellektin köləsinə çevrilmədən onu idarə etmək və faydalı istiqamətdə istifadə etmək vacibdir. Deputat qeyd edib ki, süni intellektin təqdim etdiyi məlumatlara tam inanmaq olmaz və istifadəçilər məlumatları araşdırmalıdır. Gənclər Fondunun nümayəndəsi Nail Şükürov isə vurğulayıb ki, gənclər AI alətlərindən etik prinsiplərə uyğun, təhlükəsiz və məsuliyyətli şəkildə istifadə etməlidirlər.Onun sözlərinə görə, xüsusilə regionlarda yaşayan gənclərin süni intellekt imkanları barədə məlumatlılığının artırılmasına ehtiyac var.
- Baxış: 59
