Bu günə xəbərlərin oxunma sayı: 666
— 08.06.2026 17:42

Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü baş tutub

İstanbulda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşündə regional əməkdaşlıq və sülh prosesi müzakirə olunub.Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, türkiyəli və gürcüstanlı həmkarları Hakan Fidan və Maka Boçorişvilini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.Nazir vurğulayıb ki, davamlı sülh üçün vacib məsələlərin tam həlli və dövlətlərarası münasibətlərin normallaşması xüsusi əhəmiyyət daşıyır.Görüşdə həmçinin üçtərəfli əməkdaşlıq, yeni layihələr və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Bakı-Tbilisi-Ceyhan boru kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti vurğulanıb.Nazirlər ölkələrinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəklərini bir daha bəyan ediblər.Ceyhun Bayramov Rusiya-Ukrayna münaqişəsinin başqa region ölkələrinə, qlobal mənada ciddi təhdid yaratdığını deyib. O, üç gün bundan öncə Azovda iki gəmiyə dron hücumu zamanı 4 Azərbaycan vətəndaşının həlak olması, dördünün yaralandığını xatırladıb və qeyd edib ki, savaş davam etdikcə belə hallardan sığortalanmaq mümkün deyil. Ceyhun Bayramov qeyd edib ki, İstanbul bəyannaməsi üç ölkə arasında sülh, təhlükəsizlik və rifah naminə əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək.Görüşün sonunda növbəti - On Birinci Üçtərəfli Görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsi qərara alınıb.