Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.06.2026 12:06
Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib
Abşeron sakini Fərid Muradov idarə etdiyi “BMW” markalı avtomobillə manevretmə qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə YPX tərəfindən saxlanılıb. Araşdırma zamanı F.Muradovun sürücülük hüququnun olmadığı müəyyən edilib. Ünsiyyət zamanı hərəkətləri şübhə doğuran sürücü tibbi müayinəyə də cəlb olunub və onun narkotik maddə qəbul etdiyi üzə çıxıb. Barəsində 15 gün müddətinə inzibati qaydada həbs tətbiq olunub.Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
- Baxış: 79
