Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.06.2026 10:29
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalında Ukraynanı 2:0 hesabı ilə məğlub edərək qalib olub.Bununla da Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu adına sahiblənib. Komanda ilk titulunu 2022-ci ildə qazanmışdı.Qələbədən sonra danışan millimizin baş məşqçisi Elşad Quliyev Avropa çempionatında komandanın ağır qrafiklə çıxış etdiyini bildirib. O, güclü rəqiblərlə qarşılaşmaların komandanı yorduğunu və finala yorğun çıxdıqlarını vurğulayıb.Bu arada, Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib.
- Baxış: 70
