Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.06.2026 17:54

Fənərbağça prezidenti həbs edilib

Türkiyədə Fənərbağça İdman Klubunun prezidenti Sadəddin Saran və qardaşı Kənan Saran qanunsuz mərc oyunlarının reklamına təşviq ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxsə əlavə olaraq 562 min 500 lirə məbləğində cərimə də tətbiq olunub. İş üzrə məhkəmə prosesində Türkiyə Futbol Federasiyası təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb edib.