Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.06.2026 12:09
“Turan Tovuz” klubu avrokuboklardan kənarlaşdırılıb
"Turan Tovuz" UEFA-nın qərarı ilə 2026/2027 mövsümündə avrokuboklardan kənarlaşdırılıb.Komanda Premyer Liqanı 3-cü pillədə başa vuraraq Konfrans Liqasına vəsiqə qazanıb. UEFA İntizam Komitəsi isə AFFA-nın 2019-cu il qərarını əsas götürərək sanksiya tətbiq edib.“Turan Tovuz” qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edəcəyini bildirib. Klub həmçinin hazırlıq planlarının dəyişmədiyini və komandanın Türkiyədə təlim-məşq toplanışı keçəcəyini açıqlayıb. 2019/2020 mövsümündə klubun 7 futbolçusu danışılmış oyunlarla bağlı futboldan uzaqlaşdırılmışdı.
- Baxış: 79
