Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.06.2026 10:30

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

ABŞ ordusu İranın raket və pilotsuz uçuş aparatlarının qarşısını aldıqdan sonra Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib. CENTCOM bildirib ki, İranın atdığı beş raket hədəfə çatmayıb, üç dron isə vurulub.İran tərəfi isə ABŞ-nin zərbələrinə cavab olaraq Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına və bölgədəki Amerika hava bazasına raket və dron hücumları həyata keçirdiyini açıqlayıb.CENTCOM eyni zamanda Küveytdəki Amerika qüvvələrinə qarşı İranın PUA hücumunun da dəf edildiyini, hərbçilər arasında itki olmadığını bildirib. Bu arada ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı öhdəliklərini yazılı şəkildə təqdim etməsini tələb edir.