İran heyəti ABŞ ilə danışıqlar üçün bu gün İslamabada gedəcək
İran nümayəndə heyəti bu axşam ABŞ ilə danışıqlar üçün İslamabada gələcək. Məlumata görə, görüş Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə baş tutacaq. Danışıqlar aprelin 10-da keçiriləcək və İranın təqdim etdiyi 10 maddə əsasında aparılacaq. Tərəflər mübahisəli məsələlərin həlli və yekun razılaşmanın hazırlanmasını müzakirə edəcəklər. Qeyd edək ki, daha əvvəl İran və ABŞ arasında iki həftəlik atəşkəs razılaşmasının əldə olunduğu açıqlanmışdı.Bu arada, Pakistan hakimiyyəti ABŞ və İran arasında gözlənilən danışıqlar ərəfəsində İslamabadda iki günlük tətil elan edib. Qərar bu gündən qüvvəyə minib.Rəsmi səbəb açıqlanmasa da, belə addımlar adətən mühüm diplomatik görüşlər zamanı təhlükəsizlik tədbirləri ilə əlaqədar atılır. Ağ Ev isə bildirib ki, ABŞ vitse-prezidenti Cey Di Vens bu həftə sonu İslamabadda keçiriləcək danışıqlarda nümayəndə heyətinə rəhbərlik edəcək.
- Baxış: 77
