Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.03.2026 10:23
Bir sıra ölkələr Hörmüz boğazına hərbi qüvvə göndərmək niyyətində deyil
Almaniya, Böyük Britaniya, Yaponiya və Avstraliya hazırda Hörmüz boğazında ticarət gəmilərinin qorunması üçün hərbi qüvvə göndərməyi planlaşdırmır.Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, bu münaqişədə fəal iştirak niyyətləri yoxdur və regionda təhlükəsizlik yalnız İranla danışıqlar yolu ilə təmin oluna bilər. Yaponiya və Avstraliya rəsmiləri də boğaza hərbi gəmilərin göndərilməsinin hazırda gündəmdə olmadığını açıqlayıblar. ABŞ isə digər ölkələri regionda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə qoşulmağa çağırır.
- Baxış: 75
