Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.03.2026 16:12
Azad olunmuş ərazilərdə "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil ediləcək
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində səyyar yarmarkalar təşkil edəcək. Fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaq.Yarmarkalarda 25 regiondan iştirak edəcək 146 fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
- Baxış: 70
