Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.01.2026 16:49

“Qarabağ” yoxlama oyununda növbəti qələbəsini qazandı

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu növbəti yoxlama görüşündə Xorvatiyanın “Osiyek” kollektivi ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, “Qarabağ” bu gün saat 19:00-da daha bir yoxlama matçını Polşanın “Zaqlebye” klubu ilə keçirəcək.