Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.12.2025 11:49
Lənkəran və Astarada marketlərdə saxta alkoqollu içkilər aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəranın Qurunba kəndində Qüdrət Almasova məxsus marketdə və Astarada Seymur Məstiyevə məxsus marketdə keçirilən yoxlamalar zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər. Mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Faktla bağlı inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.
- Baxış: 72
