Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.11.2025 11:57
Ombudsman BMT Forumunda azad edilmiş ərazilərdəki mina problemindən danışıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Cenevrədə keçirilən BMT-nin Biznes və İnsan Hüquqları Forumunda iştirak edib. Forumdakı müzakirələrdə Ombudsman işğaldan azad olunmuş ərazilərdə mina probleminin hələ də ciddi maneə olduğunu, bunun bölgənin inkişafına və hüquqların təmininə təsir etdiyini diqqətə çatdırıb. Səbinə Əliyeva həmin ərazilərdə aparılan mütəmadi monitorinqlər və onların nəticələrinin beynəlxalq təşkilatlara təqdim edildiyini bildirib. Forum çərçivəsində Ombudsman BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun sədri ilə də görüşərək birgə əməkdaşlıq perspektivlərini müzakirə edib.
- Baxış: 57
