Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.11.2025 11:54
Azərbaycan və Özbəkistan elm və təhsil sahəsində əməkdaşlığı genişləndirir
Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Rəcəbov ilə görüş keçirib. Tərəflər elm, ali təhsil və innovasiya sahəsində mövcud əməkdaşlıq və gələcək inkişaf imkanlarını müzakirə ediblər. Görüş çərçivəsində Azərbaycan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan İnnovativ İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında elm və innovasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.
- Baxış: 50
