Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.11.2025 11:56

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova transplantasiya edilib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Əməliyyatdan cəmi bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və o, uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.