Bu günə xəbərlərin oxunma sayı: 666
—
17.11.2025 17:39
Azərbaycanla BƏƏ işçi qüvvəsinin işə cəlb olunması sahəsində əməkdaşlıq edəcək
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qeyd edək ki, memorandum bu il sentyabrın 16-da Şuşa şəhərində imzalanıb.
- Baxış: 67
