Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.11.2025 17:53
İlham Əliyev: "O xəritələrdə Sevan gölü deyil, Göyçə gölüdür"
“Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün – indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü deyil, Göyçə gölüdür”. Bu fikirlərlə Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edib. Dövlət başçısı tariximizin araşdırılması və təbliğinin vacibliyini vurğulayıb. Prezident bildirib ki, həmin xəritələr tarixi həqiqətə əsaslanır və onların tədqiqi, təbliği mühüm əhəmiyyət daşıyır: “Daha çox elmi əsərlər, bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri, həm də dünya ictimaiyyəti həqiqətləri bilsin”- deyə o, əlavə edib.
- Baxış: 99
