
Gəncə şəhərində 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində Zarina Nağıyevaya məxsus 5 otaqlı evdə partlayış olub, mənzildə təmir işləri görən usta xəsarət alıb. Onun 1989-cu il təvəllüdlü Elnur Qurbanov olduğu bildirilir. Bundan başqa, daha bir nəfərin də xəsarət aldığı qeyd olunur. Əraziyə yanğınsöndürən maşınlar və təcili yardım biriqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 178