
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ötən ay İmişlidə keçirilmiş toyda 73 nəfərin kütləvi zəhərlənmə hadisəsinin məişət zəminində baş veridiyini bildirib. Götürülən nümunələrin müayinəsində insan sağlamlığı üçün təhlükəli olan "Escherichia coli" bakteriyası müəyyən edilib. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Agentlik bir daha ev şəraitində qidaları hazırlayarkən saxlama şəraitinə, temperatur rejiminə, gigiyenaya riayət edilməsinin vacibliyini bildirib.
- Baxış: 103