• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1986
— 11.03.2025 17:23

Xalq artisti Aygün Səmədzadədən "Ulduz dolu sənət gecəsi"

Video keçid linki:  Aygün Səmədzadədən "Ulduz dolu sənət gecəsi"

Azərbaycanın xalq artisti, bəstəkar Aygün Səmədzadənin Fikrət Əmirov adına Gəncə dövlət Filarmoniyasında keçirilən "Ulduz dolu sənət gecəsi" dinləyicilərə unudulmaz bir musiqi axşamı yaşatdı. Ulduz axını ilə müşayət olunan gecəyə bütün aygünsevərlər toplanmışdı. Bəstəkarın dəvəti ilə bir araya gələn xalq və əməkdar artistləri, məşhur ifaçılar səs və sənət baxımından parlaq ifaları ilə sənətsevərlərin könlünü oxşadılar.  Gecənin əsas diqqət mərkəzində isə Aygün Səmədzadənin ən populyar mahnıları oldu. Xalq artisti, bəstəkar hərdən öz səsi ilə də notlara köçürdüyü ifalara qoşulurdu, müğənnilərlə birlikdə Gəncə izləyicilərini duyğusal və musiqi dolu bir atmosferə aparırdı. Gecənin xüsusi anlarından biri də son zamanlar dillərdən düşməyən "Gizlətmək çətin" duetinin səsləndirilməsi oldu. Həmçinin vətənpərvər ruhu canlandıran mahnıları gecənin duyğusal zənginliyini daha da artırdı.
Sonda Aygün Səmədzadə həmkarlarına və dinləyicilərə təşəkkür edərək, bu gecənin onun üçün çox dəyərli olduğunu qeyd etdi.