• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 11.12.2024 09:24

"Qrenlandiya" - Bədii film

İV-də Yer planetinə nəhəng kometanın yaxınlaşması ilə bağlı qorxulu xəbərlər yayılır. Gərginliyə baxmayaraq inşaatçı-mühəndis Con Qerrit bu kimi xəbərlərə əhəmiyyət vermir. Onu daha çox yoldaşı ilə pisləşən münasibətləri və nikahı qorumağın yolları düşündürür.Qonşularla birgə şənliyə hazırlaşan Con ərzaq üçün supermarketə yollanan vaxt ona prezident administrasiyasından vacib bir ismarıc gəlir: ailəsi xilas olmaq üçün gizli bunkerə “bilet” qazanıb. Toqquşmadan sonra ilk zərbə dalğası ilə Con vəziyyətin nə dərəcədə kritik olduğunu anlamağa başlayır. Bütün telekanallarda təbii fəlakətin dəhşət dolu kadrları yayılır. İndi ailəsini qorumaq Conun əsas prioritetidir. O, həyat yoldaşını və oğlunu maşına mindirərək təcili hava limanına yollanır...

Rejissor: Rik Roman Vo

Baş rollarda: Cerard Batler, Morena Bakkarin

Digər rollarda: Holt MakKellani, Houp Devis, Skott Qlenn