• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 09.09.2024 10:08

NASA-Nokia işbirliyi: Ayda internet olacaq

Ayın səthində kosmonavtlar üçün fasiləsiz rabitə və məlumat ötürülməsini təmin etmək üçün Nokia-nın 4G texnologiyasından istifadə ediləcək. Bir vaxtlar əfsanəvi telefon istehsalçısı olan Nokia indi 5G texnologiyasına böyük sərmayələr qoyur. Nokia 2020-ci ildə NASA-dan 14,1 milyon dollar maliyyə alıb. Nokia 4G LTE texnologiyasını NASA-nın Artemis III missiyasında istifadə olunacaq yeni nəsil skafandrlara inteqrasiya etmək üçün “Axiom Space” ilə əməkdaşlıq edir. Bu yenilik 2026-cı ildə Ay səthinə missiya zamanı kosmonavtların daimi şəbəkə əlaqəsinə malik olmasını təmin edəcək. Müqaviləyə əsasən, “Axiom Space”in “Extravehicular Mobility Unit” (AxEMU) skafandrları Nokia-nın 4G LTE texnologiyası ilə təchiz olunacaq. İnternet bağlantısı sayəsində kosmonavtlar Ayın səthində bir neçə kilometr məsafədə real vaxt rejimində HD video çəkmə, səsli rabitə və telemetriya məlumatlarını ötürə biləcəklər.