Seçkilər Azərbaycan Konstitusiyasına və onun milli qanunlarına tam uyğun olaraq keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə Avropa İttifaqının seçkilərlə bağlı paylaşımına cavab olaraq sosial media hesabında qeyd edib. "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun belə bir subyektiv iddia və qərəzli siyasi mülahizəsi Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Avropa Xarici Fəaliyyət Xidməti rəsmilərini ölkənin daxili işlərinə uğursuz müdaxilə kursunun mənasızlığını dərk etməyə və diqqəti bəzi Avropa İttifaqına üzv dövlətlərin daxili problemlərinə yönəltməyə çağırırıq", - deyə paylaşımda bildirilib.
Vüsalə Cənnətova
- Baxış: 3302