• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 02.09.2024 18:19

Azərbaycanın daha bir təmsilçisi paralimpiya çempionu olub

KepezTV Player

Azərbaycanın daha bir təmsilçisi Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Paraatlet uzunluğa tullanma növündə çıxış edib. O, 7,27 metr nəticə ilə paralimpiya çempionu olub. Daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paralimpiya çempionu olan Səid Nəcəfzadəni təbrik edib. Mehriban Əliyeva bu barədə “İnstaqram” hesabında paylaşım edib.

Azad Mustafayev