• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 01.09.2024 12:31

Seçkilərdə qanun pozuntusu müşahidə edilmir

KepezTV Player

108 saylı Ağstafa DSK üzrə də səsvrmə səhər saat 8-dən başlayıb. Dairənin tərkibində 47 məntəqə var ki, burda 46 min 792 seçici siyahıya alınıb. 8 məntəqədə veb kamera yerləşdirilib, 6 məntəqədə pandus quraşdırılıb. Seçki dairəsi üzrə 100 yaşdan yuxarı 3 seçici qeydə alınıb. İlk dəfə səs verənlərin sayı isə 485 nəfərdir. Prosesi dairə üzrə 959 nəfər müşahidəçi izləyir. Seçkinin şəffaflığını təmin etmək üçün məntəqələrdə bütün imkanlar yaradılıb. Prosesdə eksit-pol da fəaliyyət göstərir. İndiyədək səsvermədə hər hansı qanun pozuntusuna rast gəlinməyib.