3 iyulda Kəlbəcərin İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb. Qeyd olunub ki,Həyata keçirilən ekspertizalar nəticəsində qalıqların itkin düşən Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib. Kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən olunub ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçında yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüblər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.
- Baxış: 270