• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 05.02.2021 16:05

Maarifləndirici reyd keçirilib

KepezTV Player

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsal Birliyinin Təmizlik şöbəsinin işçiləri şəhərdə fəaliyyət göstərən ticarət obyektlərində yoxlamalar aparıblar. Nizami prospektində yerləşən mağazalarda keçirilən reyd zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, onlara ərazini təmiz saxlamaq tapşırılıb. Gün ərzində yığılan məişət tullantılarını toplam şəkildə obyekt daxilində saxlayaraq iş vaxtı bitdikdən sonra iri zibil tutumlarına atmaları tövsiyə edilib. Obyektlərdə təmizlik işləri görülərkən, istifadə olunan suların yol kənarlarına atılması faktları da aşkarlanıb. Bunun qəti qadağan edilməsi haqqında obyekt sahibləri xəbərdarlıq edilib.

Vətəndaş sizin obyektin qarşısının müəyyən kvadratmetr sahəsinin təmizliyi bir başa obyekt sahibinin üzərinə düşür. Məişət tullantılarını siz toplum şəkildə zibil qutularına atmalısız. Yaxudda onu toplum şəkildə işdən gedərkən qoymalısız bizim maşınlar gəlib götürməlidir. Əks halda cərimə oluna bilərsiz.

Elmar Əliyev - Təmizlik şöbəsinin rəis müavini: Yerlərdə bir neçə obyektlərdə olduq. Onları maarifləndirdik. Dəfələrlə deməyimizə baxmıyaraq yenə tökürlər. Bizdə məcburiyyət qarşısında qalıb aidiyyatı qrumlara deyərək onları cərimə etmək fikrindəyik. Həmin obyektlər təkrar zibil tpkdüyünə görə 500-1000 manat arası cərimə oluna bilərlər.