Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil verilib. Mənzillər Bakı və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Göygöl rayonlarında inşa olunmuş yeni yaşayış komplekslərindən təqdim olunub. Mingəçevirdə mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində bildirilib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6,2 min, ümumilikdə ötən dövrdə 15 mindən çox mənzil və fərdi ev verilib. Eyni zamanda, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, sosial dəstək proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunmaları, məşğulluqlarının təminatı və s. istiqamətlərdə addımlar atılıb.
Vüsalə Cənnətova
- Baxış: 391