Müstəqilliyimizin bərpasının 32-ci il dönümü ilə bağlı olaraq Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şöbəsi Gəncə-Daşkəsən regional mədəniyyət idarəsi ilə birgə tədbir keçirib. 1991-ci ilin oktyabırın 18-də əldə etdiyimiz müstəqilliyin həmin dövrdə təhlükə altında olduğuna və Azərbaycanın parçalanmaq təhülkəsi ilə üz-üz qaldığına diqqət çəkilib. Xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsi Müstəqilliyin itirilməsi təhlükəsini aradan qaldırdı. Onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin isə ərazi bütövlüyü və suverenliyin bərpasına nail olduğu vurğulanıb. Tədbirdə dövlət müstəqilliyinə həsr edilən videoçarx nümayiş etdirilib.
Elmar Fətəliyev - DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdirinin müavini: "Otuz ikinci ildönümü onunla əlamətdardır ki, biz müstəqilliyimizin bərpası il dönümünü tam mənəvi və hüquqi baxımdan qeyd edirik. Cənab prezidentin Xankəndində ucaltdığı üçrəngli bayraq bir daha onu sübut elədi ki, Azərbaycan Respublikası istər mənəvi baxımdan, istərsə də hüquqi baxımdan öz müstəqilliyini 18 oktyabrda həqiqətən tam bərpa etmiş olmuşdur".
- Baxış: 322