Aşura günündə Gəncənin “İmamzadə” məscid ziyarətgah kompleksində könüllü qanvermə aksiyası keçirilib. Səhər saatlarından başlayan qanvermə aksiyasında Gəncə rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Aksiya gün ərzində davam edib. Qan vermək istəyən şəxslər qarşıdakı günlərdə Respublika Qan Bankının Gəncə Bölməsinə yaxınlaşa bilərlər.
Bu gün Aşura günü ilə bağlı qanvermə aksiyası zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonlarında 935 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.
Aişə Rzayeva
- Baxış: 378