• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 15.07.2024 18:57

Prezident İlham Əliyev bir sıra sənədlərə imza atıb

KepezTV Player

Prezident İlham Əliyev Orxan İrşad oğlu Abbasovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə “Sağlam məhəllə” layihəsi çərçivəsində bu il 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı üçün dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,9 milyon manat vəsait ayrılıb.

Digər sənədlərlə ölkəmizlə Mərakeş arasında viza tələbi aradan qaldırılıb.

Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib.

Qırğız Respublikası ilə ikiqat vergitutma da aradan qaldırılıb.

Prezident İlham Əliyevin imzaladığı fərmanlarla tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə Reyestrdən çıxarışın verilməsi üçün 150 manat dövlət rüsumu alınacaq. Qeydiyyatsız siqaret istehsalı operativ vergi nəzarəti formasına daxil edilib. Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində isə yeni şərtlər müəyyənləşdirilir, icazə sistemi təkmilləşdirilib.

Vüsalə Cənnətova