Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 15 İyul hadisələrinin səkkizinci ildönümü ilə əlaqədar məktub göndərib. Baş vermiş mənfur çevriliş cəhdi Türkiyənin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirilib. “Demokratiya və Milli Birlik Günü”nün xalqın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacağı vurğulanıb. Azərbaycanın Türkiyənin yanında yer alması qardaşlıq və vəfa borcu kimi dəyərləndirilib. "Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - deyə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktubda yer alıb.
Vüsalə Cənnətova
- Baxış: 209