Şəmkirdə sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamaq üçün profilaktik tədbirlər davam edir. Əhalinin sağlamlığını qorunmaq üçün dezinfeksiya işləri aparılır.
Şəmkirdə karantin rejimi ləğv olunsa da koronovirus əlehinə qabaqlayıcı tədbirlər davam etdirilir. Rayonun bütün küçə və prospketləri ağır tonnajlı avtomobillər vasitəsi ilə xüsusi məhlullarla yuyulur.
Rayonda dezinfeksiya tədbirləri kompleks şəkildə aparıldığından kənd və qəsəbələr də əhatə olunur. Küçə və prospketlər, əhalinin sıx toplaşdığı ərazilər xüsusi məhlullarla yuyulur. Şəmkir rayon Kommunnal Müəssisələri Kombinatının çiləyici avtomobilləri və canlı qüvvəsi bu işlərə cəlb olunub.
Şəmkirin təhsil, səhiyyə və mədəniyyət müəssisələri isə Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən dezinfeksiya edilir. Bu günədək 78 məktəb, 52 uşaq baxçası bir neçə dəfə yuyulub. Dezinfeksiya işləri müxtəlif bank filiallarının ərazisini də əhatə edir.
Sahib Sadıqov - Şəmkir Rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru: Əhali arasında marifləndirmə işlərinin aparılması çox vacib məsələrdəndir. Bu işlədə biz məşğul oluruq. İkinci dalğa məsələsi var. Bu dalğanın baş verməməsi üçün biz profalktiki işlərimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq.
Şəmkirdə dezinfeksiya işləri fərdi yaşayış evlərinin ərazisində, qaçqın və məcburi köçkünlərin kompakt məskunlaşdıqları yataqxana və binaları da əhatə edir. Yol kənarlarında, park və meydanlarda, dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlər də tibbi-profilaktiki işlərdən kənarda qalmayıb. Rayon daxili sərnişin daşıyan ictimai nəqliyyat vasitələri də vaxtaşırı xüsusi dərmanlarla dezinfeksiya edilir. Avtobus və mikroavtbusların daxilində mövcud olan oturacaqlar, digər təmas nöqtələri dərmanlanır.
Maarif Süleymanov - Şəmkir Avtovağzalının nümayəndəsi: Avtovağzalda bütün içtimai nəqliyyat vssitələrin hər gün dezinfeksiya işləri aparılır. İçtimai nəqliyyatın sürücülərinə tapşırılıb ki, onlar sərnişinlərlə yaxın təmasda olmasınlar. Eyni zamanda avtbusların təmizliyinə özləridə nəzarət etsinlər.
Rayonda sanitar-epidemoloji vəziyyətin nəzarətdə saxlanılması və əhalinin koronovirus pandemiyasından qoruması üçün tibbi proflaktiki tədbirlər davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 882