KepezTV Player
İşğal dövründə erməni vandallarının dağıtdığı “İsa bulağı” yenidən restavrasiya olunub. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı Kərim Kərimli aparılan işlərdə milli ornamentlərdən istifadəyə önəm verildiyini vurğulayıb.
Kərim Kərimli- Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı: “Bulağın ətrafında olan istirahət mərkəzi və restoran Şuşa şəhəri Dövlət Qoruğu tərəfindən milli üslubda olmaqla təmir edilmiş, ərazidə abadlıq işləri aparılmışdır. İstirahət mərkəzində 4 ədəd qonaqlama evi, 1 ədəd restoran yerləşir”.
Hidayət Baxşəliyev- Şuşa sakini: “34 ildən sonra gəlmişəm. Elə bilirəm 25 yaşındayam, heç bir xəstəliyim yoxdur”.
Vüsalə Cənnətova
- Baxış: 419