• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 21.06.2024 18:29

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

KepezTV Player

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. ABŞ-ın COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcəyi də vurğulanıb. Prezident İlham Əliyev Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımdan vacibliyini qeyd edib. Dövlətimizin başçısı artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini də əlavə edib.

Vüsalə Cənnətova