• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 12.06.2024 18:37

M.Ş. Vazeh - 230 konfransı

KepezTV Player

Gəncədə Mirzə Şəfi Vazehin 230 illiyinə həsr olunan “Mirzə Şəfi Vazeh və Dünya ədəbiyyatı” mövzusunda Respublika Elmi-Nəzəri konfransı keçirilib. Plenar iclasda şairin həyatı, yaradıcılığı, irsi haqqında çıxışlar edilib, məruzələr ətrafında geniş müzakirələr aparılıb. Ədibin əsərlərində türkçülük nümunələri, əlyazmaları, qəzəlləri, xəttatlığı, ədəbi məclislərdə iştirakından ətraflı şəkildə danışılıb. Konfrans Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və onun Gəncə Bölməsi tərəfindən təşkil olunub. 

Orxan Cəfərzadə