• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 18.05.2024 19:28

Universitet komandaları basketbol yarışında

KepezTV Player

Azərbaycan Texnologiya Universiteti, Basketbol Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə basketbol yarışı keçirilib. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan birincilik ali məktəblərin komandaları arasında baş tutub. 4 kollektivin mübarizə apardığı yarışda Gəncənin 3, Mingəçevirin 1 komandası iştirak edib. Yarışın yekununda Azərbaycan Texnologiya Universiteti qalib olub. Gəncə Dövlət Universiteti ikinci, Azərbaycan Dövlət Aqrar Universitet üçüncü, Mingəçevir Dövlət Universitetinin kollektivi isə sonuncu pillədə qərarlaşıb.

Orxan Cəfərzadə