Slovakiyanın Baş naziri Robert Fikoya edilən sui-qəsd cəhdindən dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "X" səhifəsindəki paylaşımında yer alıb. Dövlət başçısı slovakiyalı nazirə tezliklə sağalmağı diləyib.
Baş nazirə sui-qəsd edilib
Qeyd edək ki, Slovakiyanın Baş naziri kabinetin iclasından sonra silahlı sui-qəsdə məruz qalıb. Yerli mətbuatın xəbərinə görə, atəş baş nazir ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Onu xəstəxanaya aparıblar. Robert Fitsonun 3 güllə yarası aldığı, amma vəziyyətinin stabil olduğu bildirilir. Hücum edən şəxs saxlanılıb. Slovakiya mediası həmin şəxsin məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu yazır. 71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.
- Baxış: 225