• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1774
— 14.05.2024 18:07

Respublika elmi-praktik konfransı reallaşıb

KepezTV Player

Gəncədə “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan konfransda torpaq münbitliyi və dayanıqlı kənd təsərrüfatı, torpağın eroziyası, mühafizəsi, çirklənməsi, deqradasiyası və bərpası kimi məsələlər diqqət mərkəzində olub. Çıxış edən yerli və xarici mütəxəssislər torpaqların meliorasiyası və rekultivasiyası, iqlim dəyişikliyinin torpaq resurslarına təsirləri, torpaqların biomüxtəlifliyi və monitorinqi barədə ətraflı məlumatlar veriblər. Konfransda torpaq resurslarının idarə olunması sahəsində beynəlxalq təcrübə, eləcə də  torpaqşünaslıq təhsili və maarifləndirmə işləri barədə danışılıb. Ərzaq təhlükəsizliyi məsələlərinə töhfə vermək üçün bu cür tədbirlərin önəmi vurğulanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda aqrar sahənin inkişafındakı xidmətlərindən, onun rəhbərliyi ilə aparılan islahatlardan, kənd təsərrüfatı istehsalçılarına göstərilən dəstəkdən danışılıb. 

Orxan Cəfərzadə