Bakıda 22 yaşlı Elnarə Cabbarova Xətai rayonu Xudu Məmmədov küçəsində bıçaqlanaraq qətlə yetirilib. Onu qısqanclıq zəminində tanışı 21 yaşlı Səbuhi Qürbətovun öldürdüyü məlum olub. Kişi hadisədən sonra özünə də xəsarət yetirib. Qürbətova polis müşayiəti altında xəstəxanaya aparılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanılıb.
- Baxış: 275