Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq. 28 yaşlı qrossmeyster V turda Hindistan təmsilçisi Dommaracu Qukeş ilə üz-üzə gələcək. Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 1,5 xalla 4-8-ci, 2,5 xala malik Qukeş 2-3-cü yerləri bölüşdürür.
- Baxış: 322