• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 23.02.2024 14:15

Məktəbin həyətində yanğın törədən şəxs cərimələnib

Məktəbin həyətində yanğın törədən şəxs cərimələnib. Fevralın 21-də paytaxtın Xətai rayonunda yerləşən 17 nömrəli tam orta məktəbin həyətində taxta tullantılarında yanğın baş verib və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alov genişlənməsinə imkan verilmədən söndürülüb. Yanğın 0,5 kv.m sahəni əhatə edib, məktəbə ziyan dəyməyib. Dövlət Yanğın Nəzarəti Xidməti hadisə ilə bağlı araşdırma aparıb. Məlum olub ki, texniki işçi məktəbin rəhbərliyinin icazəsi olmadan təmizlik məqsədilə taxta qırıntılarını həyətdə bir yerə toplayaraq yandırıb və bununla da yanğın təhlükəsizliyi tələblərini pozub. Hadisə ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunub.