• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 09.02.2024 10:06

Gənclər əhatə dairəsini necə seçməlidir?

İnsan, seçimləri ilə yaşayar bu həyatı. Bəzən seçimlərimiz vasitəsilə ya uçurumdan aşağı baxırıq, ya da zirvədən boylanırıq. İndi isə zirvədən səslənirik. Bu gün maraqlı mövzulara toxunacağıq, gözünüz bizdə olsun. Uşaqlıqdan valideynlərimizin bu fikri ilə böyümüşük. “Ətrafını düzgün seç!, doğru və dürüst dostlar tap!” Çətinliyə düşdüyün zaman doğmalarınla birlikdə təsəlli tapırsan.

Türkan Mehdiyeva - tələbə: "Düşünürəm ki, hər insan şəxsi həyatında və münasibətlərində çətinlik yaşayır. Lakin səbrli olmaq lazımdır ki, əhatəmizi düzgün seçə bilək. “Hər kəs mənimlə dost olsun” deyə, roldan-rola girmək lazım deyil".

Əlbəttə, həyatımızın tam mərkəzində belə bir fikir formalaşıb ki, “Dostunu göstər, deyim sən kimsən.” Eynilə, əhatəmiz də bir növ dostlarımız vasitəsilə formalaşır.

Tellan Zeynalova