Video Player
  • KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.02.2024 13:23

Polis əməliyyatlar keçirib, 20 nəfəri saxlayıb

Video Player
KepezTV Player

Ağcabədidə polis son bir ayda narkotiklərin dövriyyəsində şübhəli bilinən 16 nəfəri saxlayıb. Ümumilikdə, 24 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb. 2 nəfərdən isə 2 ədəd "Makarov" markalı tapança, 2 ədəd daraq və 5 ədəd patron aşkar edilərək götürülüb.Ayrı-ayrı vətəndaşlara məxsus iri və xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə 15 min manat dəyərində ziyan vurmaqda şübhəli bilinən 2 nəfər də saxlanılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.