• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 971
— 30.03.2020 12:01

Qazaxda tənha və ahıl şəxslərə ərzaq yardımı paylanılıb

KepezTV Player

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimində sosial dəstəyə ehtiyacı olan şəxslər diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunması üçün zəruri tədbirlər həyata keçirilir. Qazax rayonunda 130 tənha yaşlıya ərzaq payları çatdıırlıb.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən ahıl və tənha yaşayan insanlara ərzaq yardımı göstərilib. Rayonda fəaliyyət göstərən özəl müəssisələrin dəstəyi ilə keçirilən aksiya çərçivəsində könüllülər tərəfindən çatdırılan sovqat mərkəzdə və cəbhəyanı kəndlərdə yaşayan tənha və ahıl insanları əhatə edib.

Xalidə Aşbazova – sakin: Həmişə bizim qayğımıza qalırlar. Həmişə bizi yad edirlər. Hər bayramlarda bizə xüsusi qayğı göstərirlər. Allah hamısının canını sağ eləsin.

Mələk Osmanova – sakin: Siz çox sağolun ki, məni deyib gəlibsiz. Başda böyük prezidentimiz olmaq şərti ilə allha onu bizim üstümüzdən əskik etməsin. Mən evimdə tək yaşayıram.

Rayon rəsmiləri və könüllülər yaşlı vətəndaşlarla təbliğat xarakterli söhbətlər apararaq sağlamlığın qorunması və virusun yayılmaması üçün evdən eşiyə çıxmamağı xahiş ediblər.

Musa Paşayev – könüllü: Koronovirus pandemiyasının qarşısının alınması üçün hal-hazırda Qazax rayonunda yaşayan ahıl anamızın görüşünə gəlmişik. Biz bu öz üzərimizə düşən təşəbbüsü layiqincə yerinə yetirməyə hazırıq.

Rayonda başladılan aksiyanın məqsədi yaşlı insanları zəruri gündəlik tələbat malları ilə təmin etmək və sosial xidmətlər göstərməkdir.

 

Natiq Hüseyn